Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI AZƏRBAYCAN RESPUBLİKASI SAHİBKARLAR (İŞƏGÖTÜRƏNLƏR) TƏŞKİLATLARININ MİLLİ KONFEDERASİYASI Q Ə R A R

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur). 

Azərbaycan Respublikasının  Baş Naziri Əli Əsədov

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev

Bakı şəhəri, 19 mart 2020-ci il № 99

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə