Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz birlikdə güclüyük

Azərbaican Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasət kursunda əhalinin sosial müdafiəsi və səhiyyə məsələləri həmişə prioritet istiqamət olmuşdur. Koronovirus epidemiyasının dünyada tüğyan etdiyi bu günlərdə sosial təminat və sağlamlıq məsələləri bütün ölkələrdə ön plana çıxmışdır və bu vəziyyət bir daha göstərdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən etmişdir.

Cənab Prezident İlham Əliyevin Bakıda ölkənin ən böyük şəfa ocağı olan “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirakı və tibb işçiləri ilə görüşü zamanı söylədiyi fikirlər çox böyük ictimai-siyasi əhəmiyyət daşımaqla yanaşı, hazırkı siyasi həyatımızda prioritetlərin dəqiq çərçivəsini də cızmış oldu.

Yeri gəlmişkən, ölkənin ən müasir klinikasının koronovirus infeksiyasından əziyyət çəkən insanların istifadəsinə verilməsi və açılış mərasiminə cənab Prezidentin və Birinci Vitse- prezident hörmətli Mehriban xanım Əliyevanın qatılması Azərbaycanın bir sosial dövlət olmasının və dövlət rəhbərlərimizin bu problemə necə həssas münasibət göstərmələrinin əyani nümayişidir.

Cənab Prezidentin həmişə söylədiyi “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı , onun sosial rifahı dayanır” - tezisi bu ağır və məsuliyyətli günlərdə bir daha öz həyati təsdiqini tapdı.

Dünyanı bürüyən koronovirus infeksiyası ilə mübarizədə Azərbaycan ən optimal və effektli tədbirlər görən ölkələr sırasındadır. Möhtərəm Prezidentin klinikanın açılışı zamanı söylədiyi kimi, bizim tədbirlərimiz ardıcıldır, kompleksdir, reallığa uyğundur, bütün sosial qrupların problemləri, maraqları və imkanları nəzətə alınmaqla vaxtında atılan addımlardır.

Cənab Prezident koronovirus infeksiyası aşkar olunan ilk gündən vəziyyəti öz nəzarətinə götürmüş, gömrük-keçid rejimi, xaricdəki vətəndaşlarımızın təxliyəsi, Baş Nazirin rəhbərlik etdiyi 24 saat ərzingə fəaliyyət göstərən Operativ Qərargahın yaradılması, diaqnostik laboratoriyaların, tibbi yardım ləvazimatlarının və dərman vasitələtinin, o cümlədən, profilaktik yardım vasitələrinin alınıb gətirilməsi tədbirləri haqqında ardıcıl götəriş və tapşırıqlar vermişdir. Hazırda ölkəfə ciddi karantin rejimi hökm sürür və hər şey hökumətin nəzarəti altındadır.

Eyni zamanda, cənab Prezidentin sərəncamı ilə Koronivirusla mübarizəyə Dəstık Fondunun yaradılması, eyni zamanda, möhtərəm dövlət başçımızın və hörmətli Mehriban xanımın öz bir illik əmək haqlarını bu Fonda ianə etmələri xalqımızın, iş adamlarının, müxtəlif sosial təbəqədən olan insanların bir məqsəd uğrunda səfərbərliyi üçün böyük stimul olmuşdur.

Koronavirus infeksiyasının iş adamlarına, maliyə- bank sektoruna, fiziki şıxslərə, aztəminatlı insanların həyatlarına göstərə biləcəyi mənfi təsirləri önləmək məqsədilə büdcədən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılması barədə cənab Prezidentin sərəncamı da məsələyə kompleks, bütün istiqamətlər nəzərə alınmaqla yanaşmanın ifadəsidir.

Tibb işçiləri ilə görüşdə bu məsələlər haqqında ətraflı danışan cənab Prezident biznes adamlarına öz minnətdarlığını bildirməklə yanaşı, bir daha qeyd etdi ki, dövlət həmişə iş adamlarının arxasındadır və biz birlikdə bu sınaqdan da üzüağ çıxacağıq.

Cənab Prezidentin çıxışında diqqətçəkən başqa bir məqam iş yerlərinin qorunub saxlanılmasının vacibliyi, vətəndaşlarımızın sosial müdafiəsinə mühüm önəm verilməsinin vurğulanmasıdır.

Koronavirusla mübarizə tədbirləri görülərkən dövlət, eyni zamanda, həm xəstələrin, həm iş adamlarının, sahibkarların, həm də işçilərin və sadə vətəndaşların maraqlarını göz önünə alır, onları qoruyur.

Dövlətə güvən və inam heç şübhəsiz ki, ekstremal şəraitdə bir daha sınanır və şükürlər osun ki, bu gün Azərbaycan xalqı öz DÖVLƏTinə güvənir, dövlət də öz XALQının yanındadır.

Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır. Qərarlar qəbul olunarkən həm xəstələr, həm sahibkarlar, həm də işləyən insanlar nəzərə alınır. Azərbaycan dövləti həm xəstələrə, həm də iş adamlarına sahib çıxdı. Budur, dövlətin xalqa qayğısı!

Bu gün Azərbaycan dövlətinin təşəbbüsü ilə Azərbaycan sahibkarı özünün ən yaxşı otellərini təmənnasız olaraq koronavirusa görə karantində olan vətəndaşlarımızın ixtiyarına verirsə, bu, milli birliyimizin təntənəsidir!

Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat yığılması Azərbaycan xalqının böyük xalq olduğunun, ən ağır dövrdə birləşə bildiyinin göstəricisidir!

Bu gün minlərlə könüllü cənab Prezidentinin çağırışı ilə təmənnasız olaraq ev-ev gəzərək tənha, yaşlı insanlara sosial xidmət göstərirsə, bu, bizim birlikdə yazdığımız uğur hekayəmizdir.

Bu gün Azərbaycan polisi öz səbrli, qayğıkeş, nümunəvi davranışı ilə hamını intizama dəvət edirsə, izahat işi aparırsa, küçələrdən, parklardan yaşlı adamları övlad qayğısı ilə evlərinə yola salırsa, bu, bizim qələbə marşımızın uvertürasıdır.

Bu gün Azərbaycan jurnalistikası, ekran, efir, qələm, klaviatura ayaq üstədir, həyəcan təbili çalır, çağırış edir, hamını birliyə, intizama, səfərbərliyə səsləyir.

Bu gün Azərbaycanın həkimləri, orta və kiçik tibb işçiləri heç bir təmənna və minnət güdmədən həyatlarını risk altında qoyaraq “ağ donlu mələklər” kimi hər gün onlarla insanın həyatını qara ölümün pəncəsindən qoparırlarsa, ölkə başçısı onlara xüsusi münasibət sərgiləyirsə, TƏBİBin rəhbəri Ramin Bayramlı və onun komandası bir aydan çoxdur ki “dincəlmək”, “istirahət etmək”, “şənbə”, “bazar günü” sözlərini belə unudublar, yorğunluqdan səsi xırıldayan səhiyyə nazirinin müavini dostum Viktor Qasımov “bizim yorulmaq haqqımız yoxdur”,– deyirsə, Təcili Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “6 gündür ki, yatmıram, buna sadəcə vaxt yoxdur”–söyləyirsə, biz bu insanlara niyə qəhrəman deməyək!

Bu fədakar insanların əməyinə hörmət etmək hər birimizin borcudur və bizdən tələb olunan da çox şey deyil: evdə qal, həyatda qalasan!

Azərbaycanda Prezident–xalq birliyi dəfələrlə sınaqdan çıxmış tarixi həqiqətdir. 2003- cü ildə –“Mən hər bir Azərbaycanlının Prezidenti olacam”– söyləyən cənab İlham Əliyevin qətiyyətli, güclü, etibarlı əllərini milyonlarlarla vətəndaş əli sıxdı və bu birlik illərin sınağından nəinki sarsılmadı, əksinə, daha da möhkəmləndi, mətinləşdi, dövlətimizə qüdrət, xalqımıza xoşbəxt və firavan həyat bəxş etdi.

Cənab Prezidentin bu gərgin və məsuliyyətli günlərdə söylədiyi–”Biz birlikdə güclüyük”– tezisi heç də təkcə şüar deyil. Və ümümiyyətlə, şüar deyil, cənab Prezidentin təklif etdiyi və xalqımızın qəbul etdiyi həyat tərzidir, yaşam kredosudur, inkişaf və tərəqqi formuludur.

Bəli, biz birlikdə güclüyük! Zaqatala və Şamaxı zəlzələlərində də, Kür-Araz daşqınlarında da, 2016-cı ilin Aprel qələbəsində də, Avropa oyunları və İslam Olimpiadasının təşkilində də, Valday, Soçi, Münxen zəfərlərində də!

Biz birlikdə çox uğurlara imza atmışıq, çox çətinlikləri dəf etmişik, bütün sınaqlardan şərəflə, üzüağ çıxmışıq. Birliyimiz sayəsində koronavirus epidemiyasını da aradan qaldıracağıq, bu mübarizədən minimum itki ilə çıxacağıq.

Ölkəmizin birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın xalqımıza müraciətində söylədiyi kimi: “Əminəm ki, müdrik xalqımızın  ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik!”

İnanıram ki, belə də olacaq, çətin günün ömrü az olar!

Ölkəmizin müstəqillik illərində əldə etdiyi bütün uğurların əsasında ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu, milli həmrəylik, Xalq-Prezident birliyi amili dayanıb.

Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan vermişdir.

Tarixdə müharibələr də, təbii- texnogen fəlakətlər də, epidemiyalar da olub, keçib. Qalan, yaşayan Dövlət və Millət olub!

Dövlətin və Millətin birliyi bütün şər qüvvələrdən güclüdür. İnanıram ki, birliyimizin gücü ilə koronavirus epidemiyasını da dəf edəcəyik.

Cənab Prezidentin–“Biz birlikdə güclüyük!”–çağırışı isə uzun illər Azərbaycanın uğur və zəfər simfonyası olacaqdır.

Musa URUD,

Milli Məclisin deputatı

29 2020 12:44 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə