Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olub

Dövlət Statistika Komitəsinin məlumatına görə,  2020-ci ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.  

Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 6,7 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.  

Əlavə dəyərin 43,6 faizi sənaye, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2  faizi informasiya və rabitə sahələrində, 18,6 faizi isə digər sahələrdə istehsal edilib. mişdir.  

İki ayın nəticəsi olaraq əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olub. 

V. BAYRAMOV,

“Xalq qəzeti”

29 2020 11:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə