Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən önləyici tədbirlər həyata keçirilir. Lakin bir çox hallarda vətəndaşların öz məsuliyyətini tam dərk etməyərək karantin rejiminə ciddi şəkildə əməl etmədikləri müşahidə olunmaqdadır. Məhz ona görə də Abşeron rayonu ərazisində koronavirus pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə hər gün maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilir.

Rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən insanların kütləvi toplaşa biləcəyi yerlər mütəmadi olaraq dezinfeksiya edilir. Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsilə rayonun Masazır kəndində, Zəngilan qaçqın şəhərciyində, Xırdalan şəhərində, Novxanı və digər kənd və qəsəbələrdə maarifləndirmə tədbirləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərin diqqətinə çatdırılır.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

29 2020 11:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə