Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya qoşulublar

Yeni Azərbaycan Partiyasının icra katibliyinin tövsiyələrinə uyğun olaraq partiyanın Şirvan şəhər təşkilatının gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşulublar.

Təşkilatın fəal gənclərinin bir qrupu tənha ahıl və xüsusi qayğıya ehtiyacı olan beş ailəyə baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün tələb olunan gigiyenik vasitələri paylayıb, şəhər sakinlərinə koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat verib, xəstəliyin əlamətləri və şəxsi gigiyena qaydaları ilə bağlı bukletlər paylayıblar.

Görüşlərdə şəhər sakinləri koronavirus infeksiyasına qarşı dövlətin apardığı qabaqlayıcı mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

29 2020 11:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə