Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar

Sabahdan “Yeni Klinika” tibb müəssisəsində koronavirus infeksiyasına yoluxan ağırlaşmış xəstələri qəbul etmək və onları həyata qaytarmaq istiqamətində işlərin icrası ilə məşğul olacağıq.

AzTv-də “Hədəf” verilişinin qonağı olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, yeni tibb müəssisəsinin müasir tibbi təchizatı buna imkan verir: “Bu gün möhtərəm Prezidentimizin iştirakı ilə açılışı olan tibb müəssisəsində çalışacaq tibbi heyətin mütləq əksəriyyəti rezidentura təhsilini xaricdə almış tibb mütəxəssisləridir. Dövlət başçısının göstərişinə əsasən, biz həmin şəxslərin dövlət tibb müəssisələrinə inteqrasiyası ilə məşğuluq”.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər.

Müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

28 2020 22:42 -

Köhnə versiyamızdan xəbərləri izlə