Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədidə təkrar dezinfeksiya tədbirləri davam etdirilir

        Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq COVİD-19 infeksiyasının ölkəmizdə yaradacağı təhlükənin qarşısını almaq məqsədilə bir çox tədbirlərə start verilib. Qoruyucu tədbirlərdən biri də yaşayış ərazilərinin dezinfeksiya edilməsidir. Neçə gündür ki, Binəqədi rayonunu ərazisindəki küçələrdə, fərdi yaşayış evlərinin və çoxmərtəbəli binaların həyətlərində dezinfeksiya tədbirləri aparılır.

     Martın 28-də 6-cı mikrorayon ərazisindəki binalarda 3-cü dəfə qoruyucu tədbirlər həyata keçirildi. Binaların girişi, pillələr, məhəccərlər, lift kabinələri və bloklardakı bütün mərtəbələr, eyni zamanda sakinlərin daha çox istifadə etdiyi konteyner meydançalarında dezinfeksiya işləri aparıldı.

    Qeyd edək ki, dezinfeksiya tədbirlərinin vaxtında və lazımi qaydada aparılması üçün Mənzil İstismar Sahələrinin ohdəsinə böyük məsuliyyət düşür. MİS-in əməkdaşları da rayon epidemilogiya mərkəzinin kollektivi ilə birgə bu tədbirdə bacardıqlarını əsirgəmirlər.

   Bu gün 1410-cu keçiddəki binalarda tədbir həyata keçirən Binəqədi Rayon MKTB-nin 79 saylı MİS-də çalışan Mürşüd Əliyev və Samir Məmmədov bildirdilər ki, sahə rəisi Həsən Həsənov hər gün öz tövsiyələrini verir, növbəlilik əsasında hansı binalarda dezinfeksiya işinin aparacağını tapşırır. Eyni zamanda, rayon icra hakimiyyətində yaradılan operativ qərargaha görülən işlərlə bağlı məlumat verir.  İşimizi böyük həvəslə görürük. Bu binada 3-cü dəfədir ki, dezinfeksiya tədbiri həyata keçiririk. Təki bu bəla aradan sovuşsun, biz gecə-gündüz çalışmağa razıyıq.

   Virusun məhdudlaşdırılması ilə bağlı tədbirlərin aparılması üçün lazımı preparat və vəsaitlərlə təmin olunduğunu deyən S.Məmmədov dezinfeksiya tədbirlərinin təhlükə sovuşana qədər ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

28 2020 14:32 -

Köhnə versiyamızdan xəbərləri izlə