Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər bir vətəndaşın təhlükəsizliyi və sosial təminatı ölkəmizdə həyata keçirilən siyasətin əsas meyarıdır

Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və fonda 20 milyon manat ayrılması dövlətimizin başçısının vətəndaşlara qayğısını, eyni zamanda, koronavirusun həm sahibkarlar, həm də ölkə əhalisinin fəaliyyətinə təsirinin minimumlaşdırılması ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirdi.

Bu, ondan xəbər verir ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti məhz vətəndaşların təhlükəsizliyi və sosial təminatının gücləndirilməsidir. Yeni fondun yaradılması ilk növbədə, bir neçə sektorda sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi və minimumlaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi məqsədi daşıyır. Nəzərə alsaq ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər turizm, xidmət, ictimai iaşə, nəqliyyat və logistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə təsir göstərib, onların fəaliyyətlərinin məhdudlaşdırılması və əldə etdiyi gəlirlərin azalmasına səbəb olub. Yeni fondun formalaşmasında məqsəd ondan ibarətdir ki, sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması və dövlət dəstəyinin daha da gücləndirilməsinə nail olmaqdır.

Formalaşdırılan işçi qruplarının da sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsinə xidmət etdiyini deyən deputat diqqətə çatdırıb ki, işçi qruplardan birinin məhz məşğulluğa ünvanlanması, koronavirusun buradakı təsirləri baxımından mövcud çətinliklərin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı fəaliyyətlə bağlıdır. Nəzərə alsaq ki, turizm, xidmət və ictimai iaşə sektorlarında çalışanların gəlirlərində azalmalar müşahidə olunur. Məqsəd ondan ibarətdir ki, koronavirusun təsirlərinin minimumlaşdırılmasına nail olunsun. Yeni iş yerlərinin yaradılması üçün dövlət büdcəsindən bu istiqamətdə vəsaitin həcminin artırılması prioritetdir, sosial iş yerlərinin yaradılması isə hədəf olaraq qalır.

İşçi qrupların yaradılması, bu istiqamətdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun formalaşdırılması ondan xəbər verir ki, Azərbaycan höküməti üçün növbəti mərhələdə də koronavirusun iqtisadiyyata, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması prioritet olacaq. Bütövlükdə, Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın hadisələrə çevik reaksiyası təqdirəlayiqdir. Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Təkliflərdə koronavirusun daha çox təsir göstərdiyi sahələrdə çalışan sahibkarlar üçün yeni dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu, sahibkarlara həm birbaşa, həm dolayı dəstək mexanizmindən istifadə imkanı yaradacaq. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, dəstəyin gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması həm sahibkarlara, həm də vətəndaşlara koronavirusun təsirlərinin azaldılması üçün hədəfdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hökuməti qlobal problem olan koronavirusun cəmiyyətimizə təsirlərinin minimumlaşdırılması ilə bağlı hər zaman vətəndaşların yanındadır, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi və sosial təminatı ölkəmizdə həyata keçirilən siyasətin əsas meyarıdır.

 

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı

28 2020 14:14 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə