Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni, ”Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlanıb

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün ehtiyac duyduqları sosial məişət xidmətləri ilə elə evlərindəcə təmin olunurlar.

     Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin, könüllülərin dəstəyindən faydalana bilirlər.

     Onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. məsələlərin həllində zəruri köməkliklər göstərilir.

      Hazırda tənha yaşayan 10 mindən çox yaşlı insanımız bu dəstəklə əhatə olunub. Bu dəstək mövzusunda nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb. Videoçarxda bu xidmət və yaşlılıarın məmnunluqları ifadə olunub. Maraqlanmaq istəyənlər videoçarxı aşağıdakı linkdən izləyə bilərlər:

Link: https://www.youtube.com/watch?v=B4uy-AQQhoY

ZBƏŞİRQIZI, “Xalq qəzeti”

28 2020 10:34 -

Köhnə versiyamızdan xəbərləri izlə