Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sosial məsafə” Yer kürəsini “xəyallar diyarı”na çevirir

      “Populyar Mexanika” portalının xəbərinə görə, peyklər planetin bir vaxtlar insanlarla dolu tanınmış yerlərinin indi boş qalan şəkillərini çəkirlər.

     Epidemiya öncəsi küçələrin çəkilən şəkillərini indi kosmosdan çəkilən görüntülərlə müqayisə edərək, hətta ən çox əhalisi olan şəhərləri belə “xəyal şəhərcikləri”nə çevirən pandemiyanın acınacaqlı nəticələrini görmək mümkündür.

      Yeni görüntülərdə insanların Yer üzündən yoxa çıxdığı görünür, bunun əvəzinə yeni binalar -- koronavirusa yoluxmuş insanları müalicə edən xəstəxanalar qurulur. San-Pauloda futbol stadionundan xəstəxana olaraq istifadə olunur.

     Xəbərdə bildirilir ki, yaxın gələcəkdə koronavirus xəstələri üçün daha çox obyektlərin tikiləcəyi gözlənilir.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

28 2020 10:32 -

Köhnə versiyamızdan xəbərləri izlə