Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hökumət dərmanın istifadəsinə razılıq verib

    Fransa dövləti malyariya xəstəliyinin müalicəsində istifadə edilən Xlorogin fosfat dərmanının yeni növ koronavirusa qarşı müalicədə istifadə edilməsinə razılıq verib. Bu dərmanı koronavirus xəstələri üzərində təcrübədən keçirən ilk həkim Didier Raoult olub. Onun bu dərmandan istifadəsi nəticəsində xəstələrin 75 faizində yaxşılaşma qeydə alındığı barədə xarici saytlar xəbər yayımlayıb.

     Xəbərlərdə qeyd edilir ki, Fransa hökuməti artıq ölkədə istehsal olunan xlorogin fosfatın ixracatını qadağan edən xüsusi qanun da qəbul edib. Hökumət, eyni zamanda, bu dərmandan koronavirus xəstələrinin müalicəsində istifadə edilməsinə razılıq verib.

    Professor Didier Raoult hökumətin dərmandan istifadəsinə razılıq verməsi qərarına görə, ölkənin Səhiyyə Nazirliyinə təşəkkür edib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

28 2020 10:30 -

Köhnə versiyamızdan xəbərləri izlə