Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

LƏNKƏRANLILAR AYIQ-SAYIQDIRLAR

Respublikanın digər rayonlarında olduğu kimi, Lənkəranda da koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməkdədir. Bu məqsədlə Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş qrafik və bilavasitə İcra Hakimiyyəti başçının nəzarəti əsasında müvafiq dövlət qurumlarının səyləri ilə şəhər və rayonun bütün ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələri, idarə və təşkilatların inzibati binaları, park və meydanlar  dezinfeksiya edilir və maddi cəhətdən az təminatlı ailələləri yardım edilməsi diqqətdə saxlanılır.

Bu gün Cənubun Mirvarisi olan Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirilmiş iş rejimində aparılır. Lənkəranda koronavirusla mübarizə tədbirləri gündən-günə geniş vüsət almaqdadır. Nazirlər Kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələrinə, eləcə də Lənkəran Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi qrafikə əsasən gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin əməkdaşlarından əlavə Rayon Mənzil İstismarı və Kommunal Müəssisələri, Yaşıllaşdırma və Mənzil Təsərrüfatı idarələrinin əməkdaşları kütləvi dizenfeksiya işlərinə cəlb olunublar. Onların birgə səyləri ilə şəhərin prospekt, küçə və xiyabanları, səkiləri, park və meydanları, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri mütəmadi xüsusi dərman preparatları ilə yuyularaq dezinfeksiya olunur. Eyni zamanda şəhərin prospekt və küçələri xüsusi ayrılmış maşınlarla yuyularaq dezinfeksiya olunur. Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır. Bu günə qədər Lənkəran şəhərinin 40-a qədər prospekt, küçə və xiyabanları dezinfeksiya edilib. Bundan başqa, şəhər ərazisində yerləşən 70-ə yaxın çoxmənzilli yaşayış binasının həyətləri, binaların girişləri və liftləri dezinfeksiya olunub və mütəmadi xüsusi dərman preparatları ilə yuyulur. Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır.

Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, yerli sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyəti başçısı aparatının bütün əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək nümaayiş etdirərək, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

27 2020 23:13 -

Köhnə versiyamızdan xəbərləri izlə