Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun yayılmasında gözlərin rolu

   “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Yazgül Abdıyeva bu barədə açıqlama verib. Oftalmoloq  bildirir:

    --Nə qədər qoruyucu maska taxsanız da, çirkli əllərlə gözünüzə toxunsanız, koronovirusa yoluxma riski var. Bu riski azaltmaq üçün, yuyulmamış əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin. Bu virusun ötürülməsinə ən çox meylli olan selikli qişalardır.
  COVID-19 bronxit, tənəffüs çatışmamazlığı, kəskin pnevmaniya və böyrək çatışmazlığı kimi ağırlaşmaya səbəb ola bilər. Həmçinn virus ən ağır hallarda həyati təhlükə yarada bilər. 
    Bəs koronavirus gözlərinizlə necə əlaqəlidir? Qeyd edim ki, koronavirus xəstəliyinə yoluxmuş xəstələrdə okulyar simptomlar ola bilər. Bu özünü konyunktivitlə göstərə bilir. Konyunktivit gözün selikli qişasının iltihabıdır. Buna adətən "çəhrayı göz" deyilir. Konyunktivitə yoluxma əsasən "yaş və ağlayan" bir göz şəklində olur.
   Konyunktivit yuxarı tənəffüs yolu infeksiyaları ilə birgə ortaya çıxa bilər və COVID-19 virusunun əlaməti ola bilər. “Yeni İngiltərə Tibb Jurnalı”nda yayımlanan Çin daxilindəki xəstəxanalardakı son araşdırma, təsdiqlənmiş koronavirus diaqnozu ilə 1099 xəstənin 9-da (0.8%) "konyunktival tıxanma" və ya qırmızı, yoluxmuş gözlər müəyyən olunub.
   Konyunktivit olduğundan şübhələnirsinizsə, göz həkiminə müraciət edin. Virusun mümkün yayılmasını azaltmağa kömək etmək üçün bunu etmək vacibdir.
Koronavirusla və gözlər arasındakı əlaqə mürəkkəbdir.
   Hər bir kəs virusun olduğu bir səthə və ya əşyaya, üzərində COVID -19 olan bir hissəyə toxunaraq daha sonra ağzına, burnuna və ya gözlərinə toxunduğu zaman, bu virusa yoluxa bilmə ehtimalları var.
   Vanq adlı bir şəxs, sol gözünün iltihablandığını, sonradan qızdırma, ağızda quruluq, boğaz ağrısı kimi kliniki əlamətlə xəstəliyin get- gedə kəskinləşdiyini bildirib. Sonradan ona yeni koronavirus diaqnozu qoyulub. “South China Morning Post” qəzetinə görə Vanq qoruyucu gözlük taxmadığı üçün virusun sol gözünə yoluxduğunu düşünür. Vangın bu vəziyyətində yoluxmuş bir insandan hava damcı yolu ilə gözün selikli qişası vasitəsilə yoluxduğu hesab olunur.

Əllərinzi təmiz saxlayın, gözlərinizi yoluxmadan, özünüzü koronavirusdan qoruyun.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti” 

27 2020 09:47 -

Köhnə versiyamızdan xəbərləri izlə