Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin: qida, antisanitar şərait və koronavirus

      Dünyanı caynağına almış koronavirus onlarla növə sahib olan böyük bir virus ailəsidir. Adətən heyvanlara yoluxmasına baxmayaraq, bəzən insanlarda da xəstəlik yarada bilir. İnsanda ilk dəfə 20-ci əsrin ortalarında tapılıb. Koronavirusun bir çox növü ətraf mühitdə daim dolaşır və adi soyuqdəymədən daha çox xəstəlik yaratmır. İnsanların 80 faizinin koronavirusu adi soyuqdəymə ilə səhv salaraq, yüngül xəstəlik şəklində keçirdiyi istisna edilmir.

    Virusun bəzi növləri daha ciddi xəstəliklərə səbəb olur. Kəskin respirator sindromun ilk dəfə yayılması 2002-ci ildə Çində baş verib. Təxminən 8 min insan xəstələnsə də, xəstəlik o qədər də yayılmayıb.  2012-ci ildə Səudiyyə Ərəbistanında Orta Şərq tənəffüs sindromu ortaya çıxıb. Fərqi onda olub ki, yarasalar dəvələri koronavirusa yoluxdurdular və onlar da öz növbəsində insanlar üçün infeksiya mənbəyinə çevrildi. Bu virusların yeni hallarına Yaxın Şərqdə hələ də rast gəlinir.

      Məşhur biotexnoloq Denis Yudçits bildirib ki, artıq uzun müddətdir ki, koronavirusların səbəb olduğu oxşar xəstəliklər vaxtaşırı baş verir və bəzilərində ölüm səviyyəsi 2019-cu ilin son epidemiyasından daha yüksək olub. Hər halda koronavirusun yeni COVID-19 ştammı ilk dəfədir ki, pandemiyaya  gətirib çıxarıb. Virus insan bədəninə uyğunlaşıb və ona simptomlar özünü göstərmədən də, inkubasiya dövründə də yoluxmaq olar. Virusa yoluxmuş insan heç bir xəstəlik hiss etmədən virusu təxminən 10 gün ərzində yaya bilər.

Çində koronavirusun haradan gəldiyi ilə bağlı bir çox versiya irəli sürülür. Əvvəlcə ehtimal olunurdu ki, virus Uhandakı baqqal bazarından dəniz məhsulları vasitəsi ilə yayılıb. Həmçinin araşdırmalar eyni rəflərdəki başqa məhsulun səbəb olduğunu da göstərdi, çünki heç bir dəniz məhsulunda virusun oxşar genomları tapılmadı.

     Çində koronavirusun görünməsinin rəsmi və ən çox ehtimal olunan versiyası, təbii mühitdə mutasiya edilmiş virusdur, mənbəyi yoluxmuş yarasalardır. Hibrid COVID-19 məhz onlarda aşkar olunub. Xəstəliyin bütün piştaxtalarda bir çox nadir məhsulların tez-tez suyla sulandığı üçün Uhanın “Yaş” adlanan bazarında başladığı deyilir. Bazarda müxtəlif dəniz məhsulları almaq, həmçinin yarasa şorbasını sınamaq və ya ilan yemək mümkündür. Çinlilər bu cür yeməyi sevirlər və minimal dərəcədə bişirməklə, bəzən hətta bişirmədən yeyirlər. Beləliklə, virus ölmədi və insan orqanizmində mutasiya edildi. Yeri gəlmişkən, satıcılar və alıcılar arasında simptomlar aşkar edildikdən sonra bazar 2020-ci il yanvarın 1-dən bağlanıb.

      Virusun genomu diqqətlə təhlil edildikdən sonra yarasa koronavirusu ilə COVID-19 arasındakı oxşarlıqların tam olmadığı müəyyən edildi. Genomun bir fraqmenti fərqli idi, bu, başqa bir daşıyıcı heyvana aid idi. Belə bir fraqment Uhan bazarında çox satılan və tez-tez çiy yeyilən zəhərli ilanlarda tapıldı. Bu da ilanların yarasaları ovlaması ilə bir virusa yoluxması və yalnız bundan sonra insanlara ötürülməsi ilə izah olunur. Bununla birlikdə Pekindəki Zoologiya İnstitutunun virusologiya üzrə mütəxəssisləri vurğulayırlar ki, genetik kodların oxşarlığı ilanların onlarla əlaqəli olduğunu deyə bilmək üçün kifayət qədər əsas deyil. Çünki bu cür infeksiyaların əvvəlki epidemiyaları zamanı viruslar insanlara ilanlardan deyil, yalnız məməlilərdən -- dəvələrdən və misk pişiyindən ötürülüb.

       Çoxları bananları da infeksiya mənbəyi hesab edir. Yoluxmuş zəhərli ilanların bir dəstə banana dırmaşıb onu yediklərinə inanılır. Bundan sonra meyvənin təhlükəli olduğu fikri yayılıb. Alimlər bu versiyanı təkzib edir və belə bir yoluxma yolunu mümkünsüz hesab edirlər.

      Koronavirusun ABŞ və ya Çindəki laboratoriyalarda yaradıldığı barədə də şayiələr yayılır. Əksər alimlər bu fərziyyələrlə razılaşmır, tədricən zamanın özü də bu versiyaları təkzib edir. Əvvəlcə nəzəriyyə irəli sürüldü ki, koronavirus yalnız monqoloid irqinin nümayəndələrini yoluxdurur və müəyyən millətlərin məhv edilməsi üçün kütləvi qırğın silahıdır. Koronavirusun bütün dünyada yayılması göstərdi ki, infeksiya bütün millətlərə təsir etmək gücünə malikdir.

     Koronavirusun yaşlıları məhv etdiyi iddiası da təkzib olunur -- axı, zəifləmiş immuniteti olan uşaqlar və hər yaşda olan insanlar da risk altında hesab olunur. Yaşla əlaqədar dəyişikliklər və zəif immunitet səbəbiylə yaşlı insanların xəstəliyə dözüm ehtimalı azdır.

     Dünya alimlərinin böyük əksəriyyəti COVID-19-un təbii mühitdə müstəqil olaraq mutasiya edilməsi fikrində yekdildir. Çində koronavirusun ortaya çıxması, ehtimal ki, çinlilərin özünəməxsus qidalanması və bazarlardakı antisanitar şəraitlə əlaqədardır.

 

Hazırladı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

27 2020 09:42 -

Köhnə versiyamızdan xəbərləri izlə