Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli professordan koronavirusdan qorunma məsləhətləri

     Türkiyənin məşhur professor və bitki müalicəsi üzrə mütəxəssisi İbrahim Saracoğlu koronavirusla birinci mübarizə yolunu immunitetin möhkəmləndirilməsində görür. Saracoğlu insanlara marketlərə, bazarlara kütləvi axın edib, növbələrdə sıxlıq yaradıb digər insanlarla təmas etməməyi, bunun üçün Çin və Yaponiyadakı 1 metr məsafəli növbə mədəniyyətindən nümunə götürməyi məsləhət görüb.

    Professorun məhz koronavirusla mübarizə üçün xüsusi məsləhət və reseptlərini təqdim edirik. O, immuniteti möhkəmləndirmək üçün C vitamini ilə zəngin sitrus meyvələri, xüsusən limon, portağal, kivi yeməyi məsləhət verir: 

    Evinizdə lavanda efir yağını 1 stəkan qaynar suyun içinə 5--6 damcı tökün, uçucu yağlar uşaraq havadakı mikrobları məhv edəcək. Onu sprey qabına doldurub sıçradın. Qaynar suya damcıladın, onun isti buxarında nəfəs alın, sanki inhalyasiya edirmiş kimi. Qoxladığınız hər şey ağciyərlərə gedir. Koronavirusun ən sevimli yeri ağciyərlərdir.

   Gündə 2--3 dəfə kəklikotu çayı içmək olar. Uşaqlara bu çaydan az miqdarda vermək olar.

     Koronavirusa qarşı ən yaxşı təsir edən bal narıncı, tünd rəngdə olan baldır. Məsələn, şabalıd balı kimi. 20 qram balın içinə 1 çay qaşığı təmiz alma sirkəsini əlavə edib, bir neçə udum su ilə içmək olar.

     İspanaq və vəzəri təzə halda yeyin. Onu yeyən kimi, boğazda bir öskürək əmələ gəlir, çünki tərkibindəki yandırıcı maddələr işə düşür. Ciyərləri təmizləyir.

     Arı məhsullarından propolis – arının immunitet sistemini möhkəmləndirir. 6 yaşdan sonra istənilən insan qəbul edə bilər. Amma doğru, düzgün propolisi tapmaq lazımdır. Yarım fincan suya 8 damcı propolis töküb qəbul edilməlidir.

       Boğaz gün ərzində 3 dəfə şalfey-- sürvə bitkisinin dəmləməsi ilə qarqara edilməlidir.  Bu, boğazdakı virus və bakteriyaları yox edir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 Mart 2020 19:00 -

Köhnə versiyamızdan xəbərləri izlə