Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadağalara birmənalı şəkildə əməl etməliyik

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi də Prezidentin yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən məbləğdə pul köçürüb. Qeyd edək ki, İctimai Birlik Fond yaradılan gündən çağırışa qoşulan ilk QHT idi.      

     Arzu Bağırova deyib: "Mən bütün vətəndaş cəmiyyəti institutnun fəal təmsilçilərini ölkə başçısının bu gözəl təşəbbüsünə qoşulmağa səsləyirəm. Vətəndaş cəmiyyəti millətimizin yaxşı günündə də, ağır dönəmlərdə, taleyüklü zamanlarda da dövlətimizin yanında olub və bu gün də biz əsrin bəlasına çevrilmiş bu mənhus virusa qarşı ümummilli müqavimət hərəkatı yaratmalıyıq. Dövlətimizin başçısı əlindən gələn heç nəyi əsirgəmir və atdığı bütün addımları ilə ölkə vətəndaşlarının qayğısına qalır. Bir sözlə, dövlət üzərinə düşən hər şeyi edir və etməkdə davam edəcək. Vətəndaş cəmiyyəti olaraq bizim də üzərimizə düşən başlıca vəzifə dövlət başçısının bu siyasətinə öz töhfəmizi verməkdir".

   İctimai Birliyinin sədri, həmçinin koronavirusla mübarizə tədbirləri çərçivəsində “Evdə qal, həyatda qal” kampaniyasına dəstək verib və cəmiyyətə çağırış edib. Bildirib ki, əgər vətəndaşlara evdə qalmağı məsləhət görürlərsə, demək ki, dövlət onların qağısına yüksək səviyyədə qalır və sağlamlıqlarına önəm verir. “Buna görə də profilaktika məqsədilə qadağalara riayət etmək, zərurət olmadıqca evdən çıxmamaq lazımdır. Gigiyenik qaydalara əməl etmək, özünün və ətrafındakıların virusa yoluxmadan qorumaq deməkdir. Unutmamalıyıq bir nəfərin virusa yoluxması yüzlərlə adamın bu amansız bəlaya yoluxmasına səbəb olar.

Gəlin, hamımız bir nəfər kimi göstərilən qadağalara birmənalı şəkildə əməl edək”.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

26 2020 18:57 -

Köhnə versiyamızdan xəbərləri izlə