Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Profilaktik qaydalara əməl etmək vacibdir

    “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva koronovirus bəlası peyda olandan tövsiyələri ilə vətəndaşlarımızı maarifləndirməyə çalışır. O, virusun yoluxma yolları, xəstəliyin gedişi və fəsadları  ilə bağlı ardıcıl olaraq əhalini məlumatlandırır. Bu dəfə də Y.Abdıyeva koronavirusla bağlı fikirlərini çatdırır:

“Özünüzü və ətrafınızı təhlükədən uzaq tutun.
 Həkimlərə dəstək olun.
Unutmayın ki, xəstəliyin profilaktikası –itkisiz və asandır.
Müalicəsi isə həm itki ilə, həm də çox çətin olur.

    COVİD-19-a ilk yoluxma anından başlayaraq, 14 gün müddətində hiss olunmadan insanlar yoluxur, inkubasiya dövrü bitdikdən sonra artıq gec olur. Özünüz, ailəniz, ətrafınızdakılar virusa yoluxmuş olur!
     Virus daşıyıcıları zəncirvarı həndəsi silsilə şəklində digərlərini yoluxdurur. Qeyd etmək lazımdır ki, artıq virus dünyada pandemiya şəklində yayılıb.

Buna görə də zərurət olmayınca evdə qalmağınız, yoluxmaqdan qorunmağınız və ətrafınızdakıları qorumağınız məsləhətdir.

     Son statistik məlumatlara əsasən dünyada 435 min 382 nəfər koronavirusa (COVİD-19) yoluxmuşdur. Onlardan ölənlərin sayı isə 16 min 620-dir. Belə ki, bu virusun yayılması üzrə  ölkələrin statistik məlumatları belədir: Çin – 81 min 218 yoluxma, 3 min 281 ölüm, İtaliya – 69 min 176 yoluxma, 6 min 820 ölüm, İspaniya – 47 min 610 yoluxma, 3 min 434 ölüm, İran – 27 min 17 yoluxma, 2 min 77 ölüm.

   Göründüyü kimi koronavirus infeksiyasına yoluxanların sayı dünyada gündən-günə artır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "pandemiya" elan edib.

     Dövlətimiz koronavirusla mübarizə çərçivəsində bir çox profilaktik tədbirlər həyata keçirir. Bununla əlaqədər ÜST-nın “Evdə qal” çağırışına dövlətimiz də qoşularaq, xalqımızı evdə qalmağa çağırır. Bu təşəbbüslə koronavirusa yoluxma riskləri azalacaq. Biz də dövlətimizə dəstək üçün “evdə qalmalıyıq”. Əks halda, virus daha geniş yayılarsa, kütləvi itki olacaq. Bunun qarşısını almaq çox çətin, hətta mümkünsüz olacaq.

    Üzümü hər bir vətəndaşımıza tuturam: Siz də verilən tövsiyələrə əməl edin. Evdə qalın. Özünüzü, sevdiklərinizi qoruyun.
Ciddi olaraq profilaktik qaydalara -- qida, yuxu rejiminə əməl edin”.

 

Z.BƏŞİRQIZI,”Xalq qəzeti”

26 Mart 2020 11:04 -

Köhnə versiyamızdan xəbərləri izlə