Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlanır

    İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanır.

Ölkədə elan olunan xüsusi karantin rejimi çərçivəsində koronavirus infeksiyasına yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların qorunması üçün evdən bayıra çıxmaları qadağan edilib. “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da bu yaşda tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır.

Aksiya çərçivəsində, sosial xidmətçilərin tənha yaşlıların ünvanlarına çatdırılmaları üçün ödənişsiz taksi xidmətləri təşkil ediləcək. Bunun üçün müəssisə 100 avtomobil və sürücü ayırıb. Bununla yanaşı, yaşlı insanlara Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri tərəfindən zəruri dəstək göstəriləcək. Xidmətlər lazımi qoruyucu vasitələrlə təmin olunmaqla, yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçiriləcək.

Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -- Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alına bilərlər.

Operativ komanda hər gün (şənbə və bazar günləri istisna olmaqla), saat 10:00 -- 16:00-ya qədər işləyir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 Mart 2020 11:03 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə