Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat köçürüb

     Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat məbləğində vəsait köçürüb.

   Universitetin mətbuat xidmətindən bildiriblər ki, qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan ATMU, vətəndaşları, o cümlədən universitetin çoxsaylı müəllim və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 Mart 2020 10:58 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə