Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya qarşısında milli duruş

İnsan insan olur öz hünəriylə, 

Millət millət olur xeyri-şəriylə…

 

Xalq şairi Bəxtiyar Vahabzadənin bu məşhur misraları son günlər tez-tez yadıma düşür. Yalnız bizim millətin mədəni fəaliyyət iqlimi, coğ­rafiyası deyil, bütövlükdə Yer üzü yeni ayarlar qazanır, sanki bil­gisayar kimi “yenidən yüklənir”, formatlanır. “COVİD -- 19”, “korono­virus”, “taclıvirus”, “saçaqlıvirus” və s. adlarla tanıdılan ümumdünya problemi – pandemiya-- gündəmin ən əsas mövzusuna çevrilib və görünən odur ki, hələ bir müddət də belə qalacaq.

Ən ciddi tədbirlərlə, itkilərimizi mümkün olan ən az səviyyədə saxlamağa nail olmaq üçün neyləməliyik? Xəstəlikdə və sağlıqda, varlılı­qda və kasıbçılıqda, şərdə və xeyirdə bir olmaq, həmrəy olmaq xalqımızın xüsusiyyətidir. Hər vətəndaş özü, öz əməli boyda bu mübarizəyə xidmət göstərir.

Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışı zamanı televiziyaya verdiyi müsahibədə dediyi fikirlər xüsusi diqqət tələb edir. Dövlət başçısının koronovirusla mübarizə mövzusunda dedikləri ümumi­likdə həmrəylik, milli birlik, sosial məsuliyyət, yeni çağırışlara xalq-iqtidar birliyi ilə cavab vermək, bununla da mövcud problemin az itkilərlə həllinə nail olmaqdır. Dövlətin ənənəvi infrastrukturları, o cümlədən dövlət büd­cəsinin xərcləri öz yerində qalmaqla, yeni, çevik qərarların qəbulu respublikamızı pandemiya dönəmində müsbət imiclə ön plana çıxarmaqdadır. Azərbaycan özünəməxsus örnəklər yaradır. ASAN Xidmət, DOST Mərkəzi, SƏLİS Xidmət və s. milli brendyönlü addımlar koronovirus dönəmində məxsusi seçilməkdədir. Nazirlər Kabineti yanında operativ qə­rargahın yaradılması öz yerində, bunun ardınca, Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, Prezidentin ehtiyat fondundan həmin fonda (ilkin olaraq) iyirmi milyon manat ayrılması, habelə, 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrılması bu planda mövzuya biganə olmayan dünya birliyinin, ilk növbədə, öz ictimaiyyətimizin yüksək təqdirinə layiqdir.

Əlbəttə, dövlətimiz güclüdür, yetərincə böyük maliyyə imkanlarına ma­likdir. Bununla belə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının milli həmrəyliyi daha da gücləndirdiyi artıq heç kəsə sirr deyil. Bu qürurvericidir və görürürk ki, millətimiz xeyirdə-şərdə birlik nümayiş etdirir.

Cənab Prezidentin dediyi kimi “Biz birlikdə güclüyük!”  Bəs biz vətəndaşlar bu gücün əldə edil­məsi, qorunub saxlanması, inkişafı üçün nə etməliyik?

   --Hər bir vətəndaşımız fərdi və sosial məsuliyyətini unutmamalı, yeni ictimai münasibətlər sis­teminə, xüsusi karantin rejiminə könüllü riayət etməlidir;

   --Hər bir şüurlu və məsuliyətli şəxsin öz yaxınlarına arxa-dayaq olması, özəlliklə, yaşlı nəslin nüma­yəndələrini,  uşaqları qoruması və bu qəbildən olan digər zəruri məsələlər həll edil­məlidir.

         Diqqət yetirməli olduğmuz bir məsələ də xalqımızın min illərin süzgəcindən günümüzə gəlib çıxmış adət-ənənələri, milli dəyərləri və dövlət başçımızın bu xüsusa davamlı diqqət yetirərək, dəyərləri qiymətli tutmaqla sərgilədiyi mövqedir. Yalnız son aylara aid bir sıra örnəkləri yada salmaqla, cənab İlham Əliyevin adət-ənənə, milli dəyərlər mövzusuna sabit baxışını göstərə bilərik:

    --Prezident Sarayında şəhid ailələrinin üzvlərini qəbul edərkən, yaşlı şəhid atasına su verməsi, onun oturacağı yerədək qolundan tutması,

   --Şamaxıda zəlzələ vaxtı evi dağılmış ixtiyar nənənin əlindən öpməsi,

   --BDU-nun 100 illik yubileyində söylədiyi nitqdə gənc nəslə verdiyi tövsiyyələr,

   --Tovuz “ASAN Xidmət” Mərkəzinin açılışı zamanı, gənclərlə görüşdə fərqli kreslodan imtina edib, adi stul tələb etməsi,

   --Neftçala və İsmayıllıya təyin etdiyi yeni icra başçılarını qəbul edərkən Prezidentə daha yaxın stulda yaşca böyüyün əyləşməsini uyğun görməsi və s. 

    Belə misallar bir deyil, beş deyil. Hazırkı məsul dövrdə də haqlı olaraq, diqqət adət-ən­ənələrimizə, milli dəyərlərə cəlb edilir. Azərbaycan xalqının adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Biz həm özümüzə, həm də bütün dünyaya göstərməliyik ki, böyük xalqıq. Az müddətdə fonda milyonlarla manat yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir. Bunlar dövlət başçımızın fikirləridir.

Nəhayət, son gün­lər həkimlərimizin koronovirusun yayılmasının qarşısının alınmasında, xəstələrin müali­cəsində fədakarlıq göstərdiyini deməliyik. Prezidentin martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksinin açılışı vaxtı dövlət televiziyasına verdiyi müsa­hibədə dediyi bu sözləri xatırlatmaq istərdim: “Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını riskə atırlar, ancaq öz vəzifə borclarını şərəflə yerinə yetirirlər”.

Bəlli olduğu kimi, xəstələrə qulluq edən həkimlərin maddi durumunun yaxşılaşdı­rılması və onların əməyinə layiqli qiymət verilməsi dövlətin, şəxsən dövlət başçımızın diqqətindədir, onların əməkhaqlarının artırılması məsələsi öz həllini tapıb və maaşın 3--5 misli qədər ödəniş alacaqlar. Həkimlərimizin fədakarcasına çalışmaları, Prezidentin bu fəaliyyəti böyük qəhrəmanlıq kimi qiymətləndirməsi özlüyündə biz vətəndaşları həkimlərimizə mənəvi dəstək ol­mağa bir ça­ğırışdır.

Dövlətimiz zaval görməsin!

 

 

Əkbər QOŞALI

26 Mart 2020 10:56 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə