Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük hesabla Azərbaycanın xeyrinə

Azərbaycan komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda qələbələr seriyasını inamla davam etdirmişlər.
Kişilərdən ibarət heyət 3,5:0,5 hesabı ilə Sloveniya yığmasını məğlubiyyətə uğratmışdır. Bu matçda qələbəmizi Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərlinin dəqiq gedişləri təmin etmişdir. Təkcə Şəhriyar Məmmədyarov birinci taxtada heç-heçə ilə kifayətlənmişdir.
Üç turdan sonra 185 komandanın mübarizə apardığı kişilərin turnirində liderlər qrupunu təşkil edən Azərbaycan millisi və daha 17 komanda hərəyə 6 xal toplamışdır.
Qadın şahmatçılarımız isə 151 komandanın iştirakı ilə keçirilən yarışda zəfər yürüşünü İngiltərə ilə matçda davam etdirmişlər. Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə 3:1 hesabı ilə qalib gəlmişlər. Bu turnirdə bizim qızlarla yanaşı daha 12 komanda startda ardıcıl üç qələbə qazanmışdır.
Oktyabrın 5-dək davam edəcək Olimpiadada dünən dördüncü turun görüşləri oynanılmışdır. Azərbaycanın kişi qrossmeysterləri İngiltərə millisi ilə görüşmüş, qadın şahmatçılarımız isə ABŞ təmsilçilərinə qarşı oynamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

27 2018 23:42 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə