Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürən təşkilatlar sırasına “Tabaterra” QSC də qoşulub

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin ofis, istehsal və anbar sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir.
21 Mart 2020 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə