Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyi vətəndaş qəbulları ilə bağlı əhaliyə müraciət edib

Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə ölkəmizdə COVID-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb.
Bununla əlaqədar Nazirlər Kabinetinin təlimatına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların qəbulu təxirə salınıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlər nazirliyə aşağıdakı vasitələrlə edilə bilər:
- elektron poçt ünvanına ([email protected]) göndərilməklə;
- rəsmi internet saytda “Vətəndaşlar üçün əlaqə” bölməsi (http://justice.gov.az/home/contact) vasitəsilə elektron qaydada;
- “İnteraktiv əlaqə” bölməsi (http://justice.gov.az/categories/1035) vasitəsilə müraciətlərin onlayn rejimdə cavablandırılması yolu ilə;
- (012) 538-08-57 nömrəli telefona faks göndərilməklə;
- Nazirliyin əsas (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 1), həmçinin icra və probasiya xidmətlərinin və istintaq idarəsinin yerləşdiyi (ünvan: Bakı şəhəri, Süleyman Dadaşov küçəsi, 84/3) inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün xüsusi quraşdırılmış qutularına daxil edilməklə.
Bütün bu müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Qanunda nəzərdə tutulmuş qaydada baxılacaq.
Həmçinin nazirlikdə “Qaynar xətt” (012-539-76-75) xidməti interaktiv fəaliyyət göstərir.
Eyni zamanda, vətəndaşlar (012)-510-10-01 daxili: 21-01//21-04/21-25 telefon nömrələri vasitəsilə nazirliyin qəbuluna məsul şəxslərlə əlaqə saxlayaraq müraciət edə bilərlər.

19 Mart 2020 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə