Ən son xəbərlər
№ 97 Bakı şəhəri, 17 mart 2020-ci il
“Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart
tarixli 97 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin
STANDARTLARI
iş yerlərinin ümumi standartları
2.1. Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin ümumi standartları aşağıdakılardır:
2.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsi ilə müəyyən edilmiş əmək şəraiti ilə təmin olunur;
2.1.2. əlilliyi olan şəxslər üçün nəzərdə tutulan iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılır;
2.1.3. əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar;
2.1.4. əmək müqaviləsi bağlanılarkən, qadınların və yaşı 18-dən az olan işçilərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
2.2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edilmə vəziyyətindən asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli və ya müddətsiz əmək müqaviləsi bağlanıla bilər.
3.2.2. Şəxslərə məşğulluq imkanlarının artırılması üçün iş yerində təlim, o cümlədən peşəyönümü və peşəhazırlığı istiqamə-tində məsləhət xidmətləri göstərir;
3.2.3. Şəxslərin peşə-əmək reabilitasiyası ilə bağlı tədbirləri həyata keçirir.
3.3. Bu Standartların 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlər işəgötürənin və ya işsizlikdən sığorta vəsaiti hesabına həyata keçirilə bilər.
3.4. Sosial müəssisələrdə Şəxslər üçün nəzərdə tutulan iş yerlərinə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən işçi göndərilmədiyi halda, sosial müəssisə tərəfindən həmin iş yerlərinə bu kateqoriyadan olan digər şəxslər işə qəbul edilə bilərlər.
4.1.1. işəgötürənin vəsaiti, yaxud qanunla qadağan edilməyən digər mənbələr hesabına yaradıla bilər;
4.1.2. müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz və müəssisədə mövcud olan daimi vakansiyalar əlavə iş yerləri hesab edilmir;
4.1.3. iş yerlərinin sayı işəgötürən tərəfindən müəyyən edilir.
4.2. Kvotadan əlavə yaradılan iş yerlərinin sayı həmin müəssisə və təşkilatda kvota üzrə müəyyən edilmiş iş yerlərinin sayına təsir göstərmir.
Köhnə versiyamızdan xəbərləri izlə