Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə vətəndaşlarının sağlamlığının qorunması dövlət başçısının diqqət mərkəzindədir

Dünyanı sarsıtmış koronavirus yoluxucu xəstəliyi getdikcə öz acı fəsadlarını daha çox göstərməkdədir. Hazırda dünyanın, demək olar ki, bütün ölkələrində bu təhlükəli virusun qarşısının alınması məqəsədilə ciddi tədbirlər görülür. Azərbaycanda da  bu təhlükəyə qarşı dövlət səviyyəsində  səmərəli mübarizə təşkil olunub. 
Ümumiyyətlə, insanların sağlamlığının qorunması ölkəmizdə dövlət siyasətinin prioritetini təşkil edib. Bu məsələ daim ölkə Prezidentinin xüsusi önəm verdiyi sahələrdən olub. Hər il  əhalinin təmənnasız tibbi müayinədən keçirilməsi üçün yaradılan şərait, yoluxucu xəstəliklərin qarşısının vaxtında alınması məqəsədilə həyata keçirilən tədbirlər də bunu təsdiqləyir. Koronavirus infeksiyası baş qaldıran gündən ölkəmizə dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görülüb və bu gün də davam etdirilir.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahının yaradılması , bu qorxulu virusun yayılmasının qarşısını almaq məqəsədilə dövlət başçısının sərəncamı ilə Prezidentin ehtiyat fondundan 10 milyon vəsaitin ayrılması, ictimai yerlərdə, təhsil müəssisələrində, yaşayış binalarının girişlərində, liftlərdə və digər zəruri yerlərdə dezinfeksiya işlərinin aparılması insanların sağlamlığının qorunmasına xidmət edir. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı bu sahədə atılan qətiyyətli addımdır. Fərmanda qeyd edildiyi kimi, respublikamızda əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Həmçinin  qeyd edilir ki, son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. 
Dövlət başçısının  götərişi ilə bu məqsədlə həyata keçirilən tədbirlər, o cümlədən imzalanan  sənədlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamnda, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin belə zəruri tədbirlərə dəstək verməsi,  həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, dövlət -- vətəndaş birliyini əks etdirən əsas faktorlarındandır.
Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə dövlət başçısının fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun  yaradılması ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində atılan daha bir addımdır. Həmin fərmanla “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib. 
Dövlət başçısnın 19 mart 2020-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında
sərəncamı bu qorxulu virusun qarşısının alınmasında daha bir qətiyyətli addım oldu. Sərəncamda qeyd edilir ki, Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılsın.
Göründüyü kimi, koronavirusun acı fəsadlarının qarşısının alınması məqəsədilə zəruri tədbirləriin həyata keçirilməsi davam etdirilir. Yeri gəlmişkən, qeyd edim ki, bugünlərdə Milli Məclisin plenar iclasında da respublikada bu məqəsldə həyata keçirilən tədbirlərin, görülən işlərin  Ümumdüntya Səhiyyə Təşkilatı tərəfindən  yüksək qiymətləndirildiyi bildirilib. Hətta parlamentin sonuncu plenar iclasa təqdim olunmuş qanun layihələrinin dördü  həmin tədbirlərlə əlaqədar idi. Bu qanun layihələrinin qəbul edilib qüvvəyə minməsi nəzərdə tutulan mübarizənin kompleks şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq.
Əlavə olaraq bildirim ki, koronavirusa qarşı mübarizə  tədbirləri çərçivəsində  respublikanın Baş naziri tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərilib. Bütün bunlar bir daha təsdiqləyir ki, yüksək sürətlə yayılan bu infeksiyaya qarşımübarizədə ölkə Prezidentinin  həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar səmərəli nəticə  verəcək. 
Möhtərəm Prezidentimiz Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində də əminliklə bildirdi ki, biz dünyanı bürümüş, pandemiyaya çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz təsirli nəticəsini verəcəkdir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

19 Mart 2020 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə