Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial islahatlar əhalinin rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır

Azərbaycanda son illər ərzində aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azaldılıb, vətəndaşların maddi rifah halı yüksəlib, sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. 
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə də söz açdı: “Keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır”.
Dövlətimizin başçısı təbrikində daha sonra bildirdi ki, bu ilin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq–iqtidar birliyidir. Bu seçkilər ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi.  
Dövlət başçımızın təbrikindən də göründüyü kimi, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar da ölkə Prezidentinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
Bütün bunlar isə deməyə əsas verir ki, ölkəmiz ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı reallaşıb, iqtisadi inkişaf sürətlənib, əhalinin rifafı daha da yaxşılaşıb.

 

Qasım HACIYEV,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru

19 2020 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə