Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur”

Dövlət başçımızın Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki bir çox mühüm məqamlarla ölkə əhalisinin maraq və diqqətinə səbəb oldu. Ancaq mənim fikrimcə, Azərbaycan Prezidentinin bu ilin əvvəlində Münxen Təhlükəsizlik Konfransındakı çıxışını yada salması daha çox yaddaşlarda qalacaq. Çünki dünyada təhlükəsizlik sahəsində mühüm tədbirlərdəın biri də   Münxen Təhlükəsizlik Konfransıdır. 

Azərbaycan Prezidenti həmin konfransda müntəzəm olaraq iştirak edir və onun çıxışları böyük beynəlxalq əks-səda yaradır. Prezident xatırlatdı ki, mən həmin  konfransda Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram: “O cümlədən Ermənistan--Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir”. 
Prezident xüsusi olaraq vurğulayır ki, tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur: “Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir”. 

 

Tofiq BAKIXANOV,
Xalq artisti, professor

 

19 2020 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə