Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tunis Respublikasının Prezidenti zati-aliləri cənab Kays Sayidə

Hörmətli cənab Prezident!

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və ­xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.  
İnanıram ki, Azərbaycan-Tunis dostluq əlaqələri həm ikitərəfli ­qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 
Sizə cansağlığı, xoşbəxtlik, dost Tunis xalqına əmin-amanlıq və rifah ­arzulayıram. 

Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2020-ci il

19 2020 21:31 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə