Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusar Suvarma Sistemləri İdarəsi 2020-ci il üçün Açıq Tender Elan Edir

Tender 3 lot üzrə keçirilir.
Lot-1.İstehsalat nəqliyyatı və avtomaşınlara ehtiyat hissələrinin satın alınması.
Lot-2.Cari təmir işləri üçün mal-materialların satın alınması.
Lot-3.Əsaslı təmir işləri üçün mal-materialların satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatları əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcədə digər xərcləri nəzərə almalıdırlar. 
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. 
İştirak haqqı 100 manatdır. 
Əlaqələndirici şəxs – Mikayılov Fərzəli Əli oğlu. 
Ünvan-Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21a.
Qusar SSİ 
VÖEN- 4700132701
H/h-AZ59 CTRE000000000000023548019
Təsnifat kodu- 3/142593
 Bank-Dövlət Xəzinədarlığı Agentliyi 
 Kod-210005
 VÖEN-140155071
 M/h-AZ41NABZ01360100000000003944
 S.W.İ.F.T.CTREAZ-22 
 İştirak haqqı heç bir halda geri qaytarılmır. 
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
 - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) : 
 - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - podratçının müəyyən etdiyi digər sənədlər. 
 Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 19 aprel 2020-ci il saat 16.30-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 20 aprel 2020- ci il saat 16.30-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

20 Mart 2020 00:56 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə