Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli incəsənət xadimlərinin yubiley tədbirlərinin, yaradıcılıq və anım gecələri işlərinin satın alınması üçün Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov. az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 250 manatdır. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: 
VÖEN- 1700015381
H/h- AZ78CTRE00000000000002178501
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi 
VÖEN- 1401555071
S.W.İ.F.T. : CTREAZ22
M/h- AZ41NABZ01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142330
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər; 
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son on beş ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- son 1 il ərzində yerinə yetirdiyi analoji işlər və iştirak göstəriciləri haqqında məlumat. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satın alan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 20 aprel 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 28 aprel 2020-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar zərflərin açılışının nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. 
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. E-şərtlər toplusunu 2020-ci il martın 19-dan etibarən əldə etmək olar. 

 

Tender komissiyası

 

20 Mart 2020 00:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Noyabr 2020 | 00:32
B İ L D İ R İ Ş
26 Noyabr 2020 | 00:32
B İ L D İ R İ Ş
25 Noyabr 2020 | 03:24
B İ L D İ R İ Ş
25 Noyabr 2020 | 03:23
B İ L D İ R İ Ş
25 Noyabr 2020 | 03:23
B İ L D İ R İ Ş
25 Noyabr 2020 | 03:22
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə