Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayımlanan "Dərs vaxtı" proqramının yayımı müvəqqəti dayandırılacaq.

Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bununla əlaqədar martın 11-dən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

İbtidai sinif şagirdləri üçün "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi", "Təsviri incəsənət", "Xarici dil", 5-11-ci sinif şagirdləri üçün isə "Azərbaycan dili", "Riyaziyyat", "Xarici dil", "Tarix", "Coğrafiya", "Kimya", "Fizika", "Biologiya" fənləri üzrə qısa videodərslər təqdim edilir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2020 11:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə