Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 91          Bakı şəhəri, 13 mart 2020-ci il
 
“Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ­2008-ci il 22 iyul tarixli 166 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
 
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 168-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 12 mart tarixli 547 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 892 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 685; 2014, № 3, maddə 303) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-1-ci hissədə və 1-1.3-cü bənddə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası” üzrə:
2.1. 2.1.3-cü yarımbənddə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2. 11.1-ci bəndin birinci cümləsinə “orqan” sözündən sonra “övladlığa götürmə haqqında məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən uşağın yetkinlik yaşına çatmasına qədər olan müddətdə” sözləri əlavə edilsin. 
 
 
Əli Əsədov
 Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə