Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir prezidenti BMT-ni tənqid edib

Misir prezidenti BMT-ni tənqid edib

“BBC News”un yaydığı məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi BMT-nin fəaliyyətində nöqsanlar olduğunu bildirib. O, BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edərək, təşkilatın fəaliyyətində bu qurumun nüfuzuna təsir edən çatışmazlıqları göstərib. 
Misir prezidenti qeyd edib ki, inkişaf etməkdə olan ölkələr təşkilatın təməlini qoyan qanun və prinsiplərlə beynəlxalq sistemdə yaşamağı özlərinə rəva görə bilmirlər. “Əgər ölkələr dağılmaq təhlükəsi ilə üz-üzədirlərsə, o zaman dünya nizamını düzənləmək qeyri-mümkündür”,– deyən Misir prezidenti bildirib ki, Yaxın Şərq regionu və Afrika dövlətləri bu baxımdan ən zəif yerlərdir.
Prezident Əbdülfəttah əs-Sisi BMT və Afrika İttifaqı arasında uğurlu tərəfdaşlıq təcrübəsini göstərərək, gələn il Misirin sədrlik edəcəyi Afrika İttifaqı ilə BMT arasında strateji tərəfdaşlığı fəallaşdırmağın vacibliyini vurğulayıb.
Bir sıra ərəb ölkələrində yaranmış vəziyyətlə bağlı məsələlərə toxunan Misir lideri bəyan edib ki, Qahirə, Yəmən, Liviya və Suriyada böhranlardan istismar məqsədilə hər hansı istifadəni rədd edir. Onun sözlərinə görə, bu ölkələrin bərpası və suverenliyinin qorunması üzərində işləmək lazımdır. Dövlət başçısı xüsusi vurğulayıb ki, qismən nizamlamadan söhbət gedə bilməz, bu böhranlar hərtərəfli, kompleks qərarlar tələb edir.
Misir prezidenti, diqqəti həmçinin beynəlxalq münaqişələrin sülh yolu ilə və dayanıqlı həllinə və davamlı inkişafa nail olmağın vacibliyinə cəlb edib.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

27 2018 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə