Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllıda regional seminar

İsmayıllıda regional seminar

İsmayıllı Rayon İcra Hakimiyyəti yoxsulluğun azaldılmasının əsas istiqamətini kənd təsərrüfatının intensiv inkişafında görür. Bu məqsədlə də QHT-lər, iqtisadi qurumlar, elm mərkəzləri, ictimai birliklər həmçinin beynəlxalq təşkilatlarla birgə bu sahənin idarə olunmasına və yeni düşüncə əsasında inkişaf etdirilməsinə xidmət göstərən tədbirlər həyata keçirir. 
Rayonda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Vyanada qərargahı olan Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin texniki və elmi dəstəyi ilə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək” layihəsi çərçivəsində regional seminar keçirilib. “Azərbaycanda DİM-lərin icrası üçün dövlət-özəl-fərdi şəxslər arasında əməkdaşlıq” mövzusu seminarın gündəliyində olub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov regional seminarı giriş nitqi ilə açaraq qeyd edib ki, seminarın təşkilatçıları, xüsusilə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi, onun rəhbəri Mələk Çakmak xeyirxah məqsədlə İsmayıllıya gəlib. Burada iştirak edən fermerlər, kənd təsərrüfatı işçiləri, özəl iş sahibləri, mütəxəssislər öyrəndiklərini öz fəaliyyət sahələrində tətbiq etməklə öz uğurlarını artıra biləcəklər. Natiq məsləhət görüb ki, kənd təsərrüfatı istehsalını artırmaq üçün zamana uyğun aqrar idarəetmə metodlarına diqqətli olsunlar, kiçik torpaq sahibkarlığına son qoyub, kooperativlər, aqrokomplekslər, aqrokombinatlar yaratmaqla yeni təsərrüfatçılığa keçsinlər. Torpaq sahibləri arasında torpaq yox, ondan götürülən məhsul bölünsün. Bunun üçün isə İsmayıllıda nümunələr artıq vardır.
Giriş nitqindən sonra tədbiri FAO-nun tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak aparıb.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun mövcud duruma əsaslanan çıxışı seminar iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Vyana Universitetinin inkişaf tədqiqatları mərkəzinin əməkdaşı Həmid El Bilali “Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyində ərzaq və kənd təsərrüfatı” mövzusunda çıxış edərək, iş adamlarına dəyərli məsləhətlər verib.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxış edərək FAO-nun iqtisadi qurumlarla əməkdaşlığını yüksək dəyərləndirib.
Proqram, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Natəvan Aslanovanın “FAO-nun Azərbaycanda DİM-lərin tətbiqinə dəstəyi” mövzusunda çıxışı dinlənilib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Həsən Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Əhməd Əlili, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası hüquq şöbəsinin müdiri Xəqan Hümmətov və “Azza-aqro” MMC-nin şöbə müdiri Nicat Vəliməmmədov müxtəlif mövzularda çıxış ediblər.

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

27 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə