Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndiki durumda maarifləndirmə məsələləri çox vacibdir

“Dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşları bu tədbirlərin həyata keçirilməsində fəal olan ölkələrdə koronavirusun aradan qaldırılması üçün addımlar daha effektiv olur”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q.Paşayeva bildirib ki, təşvişə əsas yoxdur: “Eyni zamanda vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdırlar. İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı. Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq. Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu qərarlara regionlarda da ciddi riayət olunmalıdır”.

Deputat bir sıra vacib təkliflərlə də çıxış edib. Maraqlananlar videnu buradan izləyə bilərlər:

https://youtu.be/y3mffD0APZ0

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Mart 2020 16:44 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya
27 Noyabr 2020 | 23:30
Heyif ki, yaş imkan vermədi...

Köhnə versiyamızdan xəbərləri izlə