Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ə.ƏMİRASLANOV: Biz bu xəstəliyin öhdəsindən gələcəyik

Milli Məclisin plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə koronavirusla mübarizə üçün kompleks tədbirlərin həyata keçirildiyini, vəziyyətə uyğun adekvat addımlar atıldığını deyib. Bildirib ki, ölkənin bütün səhiyyə müəssisələri epidemiyaya qarşı səfərbər edilib. Hətta cənab Prezidentin tapşırığı ilə yeni avadanlıqlar, qoruyucu tibbi ləvazimatlar ölkəmizə gətirilib və bu proses davam edir. Xarici ölkələrdə təhsil alıb çalışan mütəxəssislərin Azərbaycana gətirilməsi sahəsində işlər görülür. Koronavirusa qarşı mübarizədə ölkədə laboratoriyaların olması mühümdür. Bu gün ölkəmizdə gündə bir neçə min koronavirus xəstəsiini müayinə etmək imkanımız var”.

Ə.Əmiraslanov bildirib ki, dünyada koronavirus epidemiyası ilə bağlı prosesə baxdıqda bəlli olur ki, xəstələnmə göstəricisi 160 mindən çox deyil: "Ölüm göstəricisinə baxdıqda da bunun böyük rəqəm olmadığı məlum olur. Ancaq bu nədən təşvişə səbəb olur? Koronavirus geniş, sürətli yayılan və asan keçən infeksiyadır. Bu potologiyanı müalicə etmək üçün effektiv vaksinlərin olmaması onun təhlükəli xəstəlik olmasından xəbər verir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işləyir. Bu yaxınlarda ÜST-nın nümayəndələri ölkəmizə səfər etmişdi. Onlar xəstələrin saxlanıldığı karantin mərkəzlərində olub və razı qalıblar. Eyni zamanda müəyyən tövsiyələri olub ki, hazırda onların aradan qaldırılması üçün işlər aparılır. Həmçinin TƏBİB açıqladı ki, bu məsələyə dair Çinlə sıx əlaqədə işləyir və onların təcrübəsindən yararlanır”.

Komitə sədri, həmçinin bildirib ki, koronavirus epidemiyası ilə mübarizə genişmiqyaslı və adekvatdır: “İndiyə qədər 27 xəstə müəyyən olunub. 1 nəfər vəfat edib, 7 nəfər müalicə olunaraq evə buraxılıb. Digərlərinin vəziyyəti isə çox ağır deyil və hesab olunur ki, xəstələr vəziyyətdən çıxarılacaq. Bu epidemiyanın qarşısını almaq, lokallaşdırmaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər əhəmiyyət kəsb edir. Amma əhalinin bu məsələyə nə dərəcədə məsuliyyətli yanaşması da mühümdür. Bu istiqamətdə müəyyən problem var. Öz yaxınlarımız xaricdən gələndə cəhd edilir ki, karantinə getməsin, evinə gəlsin. Nəzərə almaq lazımdır ki, 1 virus daşıyıcısı 100 nəfəri yoluxdura bilər. Sosial izolyasiya prosesi olsa da, zəifdir. İnsanlar ailəliklə, toplum halında mağazalara gedirlər. Bu, təhlükəlidir. Ölkədə kifayət qədər qoruyucu ləvazimatlar var. Yenə də gətiriləcək. Bu epidemiyadan qorxmaq lazımdır. Amma ajiotaj və panikanın yayılması epidemiyaya qarşı mübarizəni zəiflədə bilər. Dövlət əlindən gələni edir, amma bizim hər birimiz gigeynik qaydalara əməl etməli, sosial izolyasiyaya çalışmalıyıq. Biz bu xəstəliyin öhdəsindən gələcəyik”.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2020 11:50 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Mart 2020 | 12:44
Biz birlikdə güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə