Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan “S-400” raket kompleksləri alır

Hindistan “S-400” raket kompleksləri alır

Hindistan hökuməti 5 ədəd “S-400” zenit-raket kompleksinin satın alınmasına dair Rusiya ilə saziş imzalamaq üçün yekun qərar qəbul edib. Bu barədə “İnterfax” məlumat yayıb. 
Mənbə qeyd edir ki, sövdələşmənin ümumi dəyəri 5,43 milyard dollardır.
Qeyd edilir ki, müvafiq qərar dünən Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin təhlükəsizlik komitəsinin iclasında qəbul olunub.
Hindistana hava hücumundan müdafiə sistemlərinin çatdırılması barədə müqavilənin gələn həftə Dehli şəhərində yüksək səviyyəli görüş zamanı imzalanacağı gözlənilir. Hindistan KİV-lərinin məlumatına görə, S-400 “Triumf” zenit raket komplekslərinin çatdırılması barədə müqavilə Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-5-də Hindistana səfəri zamanı imzalana bilər.
Hindistanın bu addımı ABŞ-ın maliyyə sanksiyaları barədə təhdidlərinə baxmayaraq atdığı qeyd olunur. Belə ki, ötən həftə ABŞ Rusiyadan analoji sistemlər alan Çinə sanksiyalar tətbiq etmişdi.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

27 2018 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə