Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1711) aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:
“2.4. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu maddələrində, 7.11-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.14-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 9.1-ci maddəsində, 13.5-ci maddəsinin ikinci cümləsində, 13.9-cu, 13.10-cu (ikinci halda) maddələrində, 13.12-ci maddəsinin ikinci cümləsində, 14.9-cu maddəsinin ikinci cümləsində, 15.1-ci, 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2020-ci il

17 2020 21:46 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə