Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaqif Mustafazadə – 80

Muğamdan caza ürək yolu çəkmiş Vaqif Mustafazadə

Novator pianoçu, dünya şöhrətli cazmen Vaqif Mustafazadə muğamdan caza ürək yolu çəkmişdi. Həyatdan 39 yaşında getmiş istedadlı müsiqiçinin 80 illik yubileyini sənətsevərlər böyük sayğı-sevgi ilə qeyd edirlər.  Mərhum sənətçi ilə yaxın münasibətdə olmuş Xalq artisti Cavan Zeynallı KİV-ə açıqlamasında dostunun həyatda yoxluğunu dərin təəssüsflə qeryd edərək, bunun Azərbaycan musiqisi üçün böyük itki olduğunu, lakin zəngin irs qoyub getdiyini bildirib:

–Vaqif Mustafazadəylə bağlı televiziyada da verilişlər hazırlanıb və hamısında da iştirak etmişəm. Mən Vaqif müəllimlə yaxın dost olmuşam və bu sənəti öyrənməyimdə də ona borcluyam. Bizim bir-birimizə çox böyük hörmətimiz olub. Vaqif müəllimlə ünsiyyətdə olmaq isə hər adama nəsib olmurdu.

Mən onun ifasını çox gözəl başa düşürdüm. O, nəinki Azərbaycan, eyni zamanda dünya səviyyəsində istedadlı bir pianoçu idi. Amerikalı pianoçular onun kimi ifa etməyə çalışsalar da, muğamı bilmədikləri üçün bunu bacarmırdılar. Ona görə də Vaqiflə çox maraqlanırdılar.

Vaqif sağlığında ifalarından ibarət 15 diski Amerika pianoçularına yollamışdı. Onun Makkoy Tayiner,  Bill Elins, Telonius Monk kimi məşhur pianoçulara disk verməsindən çoxlarının xəbəri yoxdur. 1976-cı ildə amerikalı pianoçu Herbi Henkokun diskini aldım, dinləyəndə gördüm ki, buarda bizim musiqinin güclü təsiri var. Vaqifə zəng vurub dedim ki Herbi belə bir ifa göndərib. O dedi ki, Herbi mənim musiqilərimdən bəhrələndiyi üçün bu ifanı edə bilib.

Düzünü deyim ki, amerikalı pianoçular ona həsədlə baxırdılar. Təəssüf ki, Vaqif həyatdan çox tez getdi, belə talant sahibinə 39 yaş nə idi ki,?! Onun yaradıcılığı haqqında çox danışmaq olar. Onu daha yaxşı tanıdan və yaşadan isə qoyub getdiyi nadir irsdir.

R.TAHİR,
“Xalq qəzeti”

17 2020 11:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə