Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki medalla 11-ci

İki medalla 11-ci

Azərbaycan milli  komandası Bakıda  bir  həftə  davam edən  kişi və  qadınların cüdo  üzrə dünya  çempionatında  çıxışlarını Hidayət Heydərovun (73 kq)  bürünc və Uşanqi Kokaurinin (100 kq-dan yuxarı çəki  dərəcəsi) gümüş  medalları sayəsində ümumi  hesabda 125 iştirakçı ölkə  arasında 11-ci  nəticə  ilə  başa  vurmuşdur.

Çempionatda ilk üç  yerə  isə Yaponiya (7 qızıl, 5  gümüş, 4  bürünc  medal), Koreya Respublikası (2 qızıl, 1  bürünc  mükafat) və Fransa (1+1+2) komandaları sahib olmuşlar.

Növbəti  dünya  çempionatı gələn il Tokioda  keçiriləcəkdir. Tatami  ustaları 2020-ci  ildə bir daha Yaponiya  paytaxtında üz-üzə  gələcəklər. Bu dəfə Olimpiya  oyunlarında.

 

“Xalq qəzeti”

27 2018 16:08 - İDMAN
İDMAN
15 Fevral 2020 | 12:20
"Traktor"dan 3 qol
14 Fevral 2020 | 10:56
Bakı "ilk beşlik"də

Köhnə versiyamızdan xəbərləri izlə