Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsinin qısa zamanda həllinin tərəfdarıdır

Rusiya hökuməti "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yük daşımalarının artırılması üçün Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsini mümkün qədər qısa zamanda həll etməyə çağırıb.

Trend-in məlumatına görə, 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən “Nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda dəyirmi masa zamanı Rusiya prezidentinin köməkçisi İqor Levitin deyib.

O bildirib: “Şimal-Cənub” dəhlizi hissə-hissə işləyə bilməz. Onu da qeyd edim ki, biz buraxılış məntəqələrinin, gömrük, sərhəd xidmətlərinin işini təkmilləşdirməliyik. Rəqəmsallaşma işləri üzrə də səyləri birləşdirmək lazımdır. “Şimal-Cənub” dəhlizi üzrə vahid rəqəmsal qaimə yaratmaq lazımdır”.

Onun sözlərinə görə, “Şimal-Cənub” layihəsinin üzv ölkələri dəniz nəqliyyatının daha fəal istifadə olunması barədə də fikirləşməlidir: “Əgər iri tutumlu gəmilər hazırlansa, onlar digər beynəlxalq dəhlizlərdən avtomobil daşımalarının bir hissəsini Xəzərə keçirə bilər”.

27 2018 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə