Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Azərbaycanın yeni peyki digər sahələrin də inkişafına ciddi təsir göstərir

Azərbaycanın “Azerspace-2” yeni telekommunikasiya peykinin orbitə buraxılmasının ölkənin imici, kosmik klubda öz mövqeyini möhkəmləndirməsi baxımından böyük əhəmiyyəti var.

Bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz qeyd edib ki, milli kosmik infrastrukturun inkişafı bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, elmin və innovasiyaların inkişafına, bu istiqamətdə beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir.

Ekspert bildirib ki, Azərbaycanın indiyə qədər orbitə çıxardığı peyklər həmçinin qeyri-neft sektorunun inkişafını stimullaşdırır: “Azərbaycan indiyə qədər orbitə çıxardığı peyklər vasitəsilə rabitə xidmətləri təklif edir, eləcə də böyük şirkətlərə, müxtəlif qurumlara, o cümlədən beynəlxalq təşkilatlara yerin səthi, araşdırmalar, geodeziya ilə bağlı müxtəlif əhəmiyyətli informasiyaları sata bilir, bu istiqamətdə əməkdaşlıq qura bilir”.

O.Gündüz vurğulayıb ki, Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var.

27 2018 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə