Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı YAP sıralarına qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı YAP sıralarına qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizdə böyük nüfuza sahibdir və yarandığı gündən ölkə ictimai siyasi həyatında əhəmiyyətli dəyişikliklər edib,şərəfli bir yol qət edib. Nazir ictimaiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən YAP-ın cəmiyyətdə aparıcı rolunun gündən-günə daha da möhkəmləndiyini diqqətə çatdırıb. edib.

S.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsinə əsaslanan YAP ölkəmizdə ən güclü siyasi təşkilatdır və ictimai nüfuzuna görə ona bərabər mövqedə duran digər bir partiya mövcud deyil.Nazir ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin fəaliyyəti dövründə partiyanın nüfuzunun daha da yüksəldiyini qeyd edib.

Nazir bildirib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. ƏƏSMN-nin gənc əməkdaşları buna əyani nümunədir. S.BabayevYAP sıralarına qəbul olunmaq üçün ərizə verən əməkdaşların ölkənin ictimai siyasi həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəkifəaliyyətinin nəticəsində təşkilata üzv olmaq istəyənlərin sayı artıb.

S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, ƏƏSMN-nin Aparatının rəhbəri Anar Əliyev bildirib ki, hazırda nazirliyin ümumilikdə 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə verib.Onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2018 13:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə