Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Satışda və təchizatda heç bir çətinlik yoxdur

İqtisadiyyat Nazirliyi ticarət obyektlərində və anbarlarda KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, monitorinqlər zamanı əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə təchizatında hər hansı çətinliyin olmadığı, mağazalarda bütün çeşidlər üzrə malların və anbarlarda kifayət qədər ehtiyatın olduğu müşahidə edilib.

Satışla məşğul olan sahibkarlar mağazalara yeni məhsulların sifarişinin davam etdirildiyini, ticarət obyektlərinin topdansatış müəssisələri tərəfindən təchizatla bağlı sifarişlərinin vaxtında yerinə yetirildiyini bildiriblər.

Bununla yanaşı, koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb.

Sahibkarlara bu maarifləndirici anonsun ticarət obyektlərində səsləndirilməsinin təmin edilməsi tövsiyə olunub.

“Xalq qəzeti”

16 2020 15:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə