Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdman qurğularının fəaliyyəti müvəqqəti dayandırılır

Koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman komplekslərinin, digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.
Gənclər və İdman Nazirliyinin saytından AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa çempionatı və Formula 1 Azərbaycan Qran-Prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır. 
Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

13 2020 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə