• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili: Tarif Şurasının gediş haqlarını artıracağı gözlənilən idi

Millət vəkili: Tarif Şurasının gediş haqlarını artıracağı gözlənilən idi

Bir neçə gün ölkə mətbuatının və sosial şəbəkələrin aparıcı mövzusuna çevrilmiş avtobuslarda və metroda gediş haqqının artırılması barədə qərar hələ də gündəmdə qalmaqdadır. Gec-tez belə bir addımın atılmalı olduğunu deyən ekspertlər sübut edirlər ki, burada qeyri-adi heç nə yoxdur. Qiymətlərin tənzimlənməsi məsələsi dövri olaraq bütün ölkələrdə və iqtisadiyyatın müxtəlif sahələrində baş verir. 

Milli Məclisin deputatı Kamilə Əliyeva da, bu qərarın əsaslandırılaraq verildiyini söyləyir. Xanım deputat mətbuata verdiyi müsahibədə “Bu qərarın verilməsini dəstəkləyirəm” ifadəsindən əvvəl başqa bir “şərti” də yada salır: “Bu məsələyə etirazla yanaşan insanları anlamaq şərtilə, bu qərarı verənlərə anlayışla yanaşıram və hesab edirəm ki, hər şey yoluna düşəcək, insanlarımız dövlətimiz tərəfindən hər zaman olduğu kimi, bundan sonra da qayğı, diqqətlə əhatə olunacaqlar”.
Kamilə xanım qeyd edir ki, metroda və marşrut avtobuslarında qiymətlərin artırılacağı gözlənilən idi. Çünki xeyli vaxtı idi ki, mediada vaxtaşırı bu yöndə məlumatlar yer alırdı. Yəni, bu yeni, sürpriz bir məsələ deyildi. Belə bir addıma gec-tez gediləcəkdi və gedildi də.
“Xalq qəzeti”

4 2018 22:17 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin