Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı 2,8 faiz artmışdır

2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578 milyon manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz artmış, neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.

ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olmuşdur.

Samirə Əliyeva,
“Xalq qəzeti”

13 2020 15:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT
11 Sentyabr 2020 | 15:37
Peterburqda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə