Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müslüm Maqomayevin qızı: Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm

Məşhur azərbaycanlı opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin qızı, ailəsi ilə ABŞ-da yaşayan Marina Maqomayeva atasının xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan hökumətinə sonsuz təşəkkürlərini bildirib.

Marina Maqomayeva qeyd edib ki, bu sərəncamla Prezident İlham Əliyev bir çox həmvətənimizin arzusunu reallaşdırıb. Atam ömrünün son günlərinədək Azərbaycanın həqiqi oğlu olub və vətənini mahnılarında tərənnüm edib: “Azərbaycan musiqisi, mədəniyyəti onun yaradıcılığının ayrılmaz hissəsi olub. Harada çıxış etməsindən asılı olmayaraq, onun çıxışlarında hər zaman Azərbaycan mövzusu səslənirdi. Onun qızı və bir azərbaycanlı olaraq, mən onun yaradıcılığının zirvəsi olan “Odlar yurdu” və “Vesenniy kray – Azerbaydjan” mahnılarını xüsusi qeyd etmək istərdim. Fikrimcə, bu əsərlər Vətənə məhəbbətin himnidir”.

Marina Maqomayeva vurğulayıb ki, atasının xatirəsinin əbədiləşdirilməsinə görə, Azərbaycan hökumətinə minnətdardır: “Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Müslüm Maqomayevə doğma şəhərdə heykəl ucaldılması qərarı bu nəcib missiyanın məntiqi davamıdır”.

“Xalq qəzeti”

13 2020 15:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Aprel 2020 | 10:50
Nəriman Nərimanovun – 150

Köhnə versiyamızdan xəbərləri izlə