• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fərid Şahbazlı: Antiazərbaycan qüvvələrin “virtual” fəaliyyəti uğursuzluğa məhkumdur

Fərid Şahbazlı: Antiazərbaycan qüvvələrin “virtual” fəaliyyəti uğursuzluğa məhkumdur

XXI əsri “informasiya əsri” adlandıranlar yanılmayıblar. İnformasiya texnologiyalarının və internetin inkişafı ilə sosial şəbəkələrin meydana çıxması informasiyanın daha operativ, daha geniş auditoriyaya çatdırılmasında mühüm yenilik oldu. Əlbəttə, bu, özlüyündə müsbət amildir. Lakin sosial mediadan mənfi yöndə, xüsusilə də dövlətçilik əleyhinə istifadə edilməsi, radikal və ekstremizm kimi mənfi fikirlərin yayımlanması üçün istifadə edilməsi qəbuledilməzdir. Sosial şəbəkələrdə antiazərbaycan qüvvələrin bu yöndə çirkin kampaniya aparması ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Xalq qəzeti”nə fikirlərini bölüşdü:

– Azərbaycan gəncliyi fəxr edir ki, vətəndaşı olduğu Azərbaycan Respublikası 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan dövləti hər baxımdan gücləndikcə, dünya miqyasında daha böyük nüfuza sahib olduqca, bədxahlarımızı narahat etməyə başlayır. Azərbaycanın yüksək nailiyyətlər əldə etməsindən, regionda lider dövlətə çevrilməsindən narahat olan qüvvələr öz bəd niyyətli və təxribat xarakterli radikal fikirləri ilə cəmiyyətdə qarşıdurma yaratmağa çalışırlar. 
Xalqımız üçün Azərbaycan dövlətçiliyindən və müstəqilliyimizdən dəyərli heç nə ola bilməz. Odur ki, bu qüvvələr cəmiyyətimizdə hökm sürən sabitliyi, tolerant mühiti hədəfə alaraq, qarşıdurma və xaos yaratmaq niyyətindədirlər. Sosial şəbəkələrdə yalan və böhtan xarakterli paylaşımlar, insanları xaosa təhrik edən radikal və ekstremist çıxışlar bunu deməyə əsas verir. Lakin bütün bu çirkin kampaniya Azərbaycan cəmiyyətində sabitliyi poza bilməz. Çünki dövlətini və millətini sevən hər bir vətəndaş, xüsusilə də gənclər bu cür təxribatların arxasında nəyin dayandığını gözəl anlayırlar. Sosial şəbəkələrdə fəal gənclər bu çirkin kampaniyaya öz etirazlarını bildirir, dövləti müdafiə etdiklərini bəyan edirlər. Azərbaycan gəncliyi həmişə dövlətçiliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini veriblər. Gənclərimiz dövlətimizin ərazi bütövlüyü və müstəqilliyimiz uğrunda döyüşüb və canlarını fəda ediblər. Vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncliyi bu cür antiazərbaycan ünsürlərin sosial şəbəkələrdəki “fəal”lığını kəskin şəkildə qınayır. Antiazərbaycan qüvvələrin “virtual” fəaliyyəti ölkəmizin nüfuzuna xələl gətirmək və cəmiyyətimizdə qarşıdurma yaratmaq cəhdləri isə həmişəki kimi yenə də uğursuzluğa məhkumdur. 
Hazırladı:
Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti”

4 2018 22:16 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin