Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR yeni strateji inkişaf planı hazırlayır

SOCAR “Özbəkneftqaz” ASC ilə təcrübə mübadiləsi aparacaq.

Şirkətdən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Özbəkneftqaz” ASC-nin idarə heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR və “Özbəkneftqaz” arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilib, “Özbəkneftqaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib.

Azərbaycanın qlobal brendinə çevrilmiş SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilib, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınıb. SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilib.

Görüşdə SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strateji inkişaf planının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda SOCAR və məşvərətçi “McKinsey” şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2020 15:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə